“Mançester Siti”də heyətə düşə bilməyən daha bir futbolçu Səudiyyə Ərəbistanına gedir. Riyad Mahrezin ardınca indi də Aymerik Laporta real müştəri var.

Futbolinfo.az xəbər verir ki, Kriştianu Ronaldo, Sadio Mane kimi ulduzların ardınca “Əl Nəsr” ispan müdafiəçiyə elçi düşüb. Müdafiəyə təcrübəli lider axtaran ərəblər seçimi onun üzərində edib.

Laport Avropada qalmaq istəyir və bir neçə təklifi var. Amma həm mançesterliləri, həm də onun özünü razı salacaq dəvət yalnız “Əl Nəsr”dən gəlib. Emerik ilk təklifdən imtina etdikdən sonra Səudiyyə Ərəbistanı təmsilçisi daha yüksək maaşlı növbəti müraciəti göndərib. Futbolçu fikirləşmək üçün vaxt istəyib.

Laport  2018-ci ilin yanvarında 6 il oynadığı “Atletik”dən keçib. “Mançester Siti” onun üçün 65 milyon avro ödəmişdi. 29 yaşlı Fransa əsilli ispaniyalının ingilislərlə hələ iki illik müqaviləsi var.

Shares: