“Tottenhem”i tərk edən Uqo Loris Səudiyyə Ərəbistanınan gələn təklifləri rədd edib. Vətəni Fransaya da qayıtmayan qapıçı İtaliyada oynayacaq.
Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper “Latsio” ilə anlaşmağa yaxındır. Romalılarla razılaşan Loris iki illik müqavilə bağlayacaq.
2012-ci ildə 12,6 milyon avroya Lion “Olimpik”oindən transfer edilən Uqo Londonda 11 il keçirdi. 36 yaşlı qolkiper “Tottenhem”in titulsuzluğundan bezərək yayda yeni müqavilə bağlamaqdan imtina etdi.