Bir neçə qapıçı ilə danışan, lakin heç birini heyətə qata bilməyən “Bayern” növbəti cəhdini edib. Münhenlilər “Mançester Siti”dən Stefan Orteqanı transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, Kayl Uolkeri “şəhərlilər”dən ala bilməyən alman klubu bu dəfə uğurlu olacağına ümid edir. Baş məşqçi Tomas Tuhel qapıçı ilə telefonla danışıb və bundan sonra kluba müraciət edilib.

Yan Zommeri “İnter”ə satan “Bayern” Manuel Noyerin zədəsini sağaltmamasına görə çətin vəziyyətdədir. Heyətə yeni qapıçı cəlb olunmalıdır, lakin variantların heç biri reallaşmır. Hamı Noyerin zədəsini sağaldan kimi əsas qapıçı olacağını bilir və ehtiyatda oturmağa razılaşmır. Bu aqibətlə barışanlar isə Tuhelin ürəyincə deyil.

Orteqaya gəlincə, karyerasını vətənində keçirən almaniyalı ötən yay azad agent kim “Mançester Siti”yə keçib. 30 yaşlı oyunçu “Münhen 1860” və “Arminiya”dakı illərin ardından ehtiyat oyunçu statusu ilə barışıb. İki illik müqaviləsi qalan Stefanın Bundesliqaya dönüşü ingilislərin istəyəcəyi məbləğdən asılıdır.

Shares: