“Neftçi”nin futbolçusu Yuri Matias Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi matçdan öncə təşkil edilən mətbuat konfransında çıxış edib:
“Beşiktaş” çox güclü komandadır. Amma bizə xoşdur ki, bu cür rəqiblə qarşılaşacağıq. Futbolda hər şey mümkündür. Amma sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk görüşdə buraxdığımız qollar ümumi komandanın səhvlərindən oldu. Unutmayaq ki, ikinci hissədə nə qədər epizodlarımız oldu. Buraxdığımız qollar matçın nəticəsini həll etdi. Səhvlər etdiyimizi bilirik. Sabah bunu təkrarlamamağa və səhvsiz oynamağa çalışacağıq”.