“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu ilə bağlı danışıb.

Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bu fikirləri səsləndirib:

“Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum dərəcədə yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. “Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.

Shares: