Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Avropa çempionatında qızıl medal qazanıb.

Futbolinfo.az xəbər veirr ki, Niderlandın Rotterdam şəhərində keçirilən qitə birinciliyində 80 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərindən güclü olub.

Xatırladaq ki, buna qədər Azərbaycan idmançıları turnirdə 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq), Xanım Hüseynova (cüdo, 70 kq) və İmaməddin Xəlilov (taekvondo, 70 kq, K44) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

Shares: