UEFA Super Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Çempionlar Liqasının qalibi “Mançester Siti” ilə Avropa Liqasının qalibi “Sevilya” üz-üzə gəlib.
İngiltərə və İspaniya təmsilçiləri Yunanıstanda, Georgios Karaiskakis adına stadionda üz-üzə gəliblər. Penaltilərlə qalib gələn “Mançester Siti” daha bir titula sahib çıxıb.
UEFA Super Kuboku
16 avqust
Mançester Siti – Sevilya 1:1 (penaltilər 5:4)
Qollar: Palmer, 63 – En Nesiri, 25.
Yunanıstan. “Georgios Karaiskakis” stadionu.