“Liverpul” “Ştutqart”ından dayaq yarımmüdafiəçisi Vataru Endonu transfer etməyə hazırlaşır. Tərəflər arasında razılıq əldə olunub və keçid tezliklə rəsmiləşəcək.

Futbolinfo.az “The Athletic”ə istinadla xəbər verir ki, transfer 19 milyon avroya başa gələcək. Fabinyonun Səudiyyə Ərəbistanına yollanmasından sonra bu mövqedə əziyyət çəkən mersisaydlılar növbəti tutun oyununadək məsələni bitirmək istəyir.

Yaponiya millisinin futbolçusu olan Endo ötən mövsüm Bundesliqada 33 matçda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. “Ştutqart” yarımmüdafiəçini 3 il öncə Belçika “Sent Trüden”indən almışdı.

Shares: