Santi Qazorla futbol oynamağa davam edəcək. Təcrübəli yarımmüdafiəçi İspaniya Sequndası təmsilçilərindən “Ovyedo” ilə birillik müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı oyunçu 20 il sonra qayıtdığı klubda simvolik məbləğ alacaq. Onun forma satışından əldə edilən gəlirin 10 faizi is klub akademiyasına yönəldiləcək.
“Ovyedo” yetrməsi karyerası boyunca “Vilyarreal”, “Rekreativo”, “Malaqa” və “Arsenal” kimi komandalarda oynayıb. Ən yaxşı günlərini 6 il oynadığı London təmsilçisində keçirən futbolçu son 3 ili Qətərdə olub. Qazorla indi “Əl Sədd”i azad agent kimi tərk edib və “Ovyedo”ya yardım etmək niyyətindədir.