Yeni mövsüm üçün transferləri yekunlaşdıran “Arsenal”da yeni hədəf Martin Odeqaarddır. Londonlular komandanın lideri olan norveçl ilə mövcud müqavilənin müddətini uzatmağa çalışır.
Futbolinfo.az xəbər verr ki, çoxsaylı təklflərə baxmayaraq yarımmüdafiəçini satmayan “topçular” heyəti onun ətrafında qurub. Martin də xoşbəxt olduğu komandada qalmaq istəyir.
Uzun illər “Real”a məxsus olan, müxtəlif klublara icarəyə verilən Odeqaard 2021-ci ilin yanvarından Londondadır. İlk 6 ayı icarə əsasında “Arsenal”da keçirən futbolçu daha sonra 35 milyon avro qarşılığında birdəfəlik transfer olundu.
Hazırda dəyəri 90 milyon avro qiymətləndirilən 24 yaşlı norveçlnin 2025-ci ilin yayınadək müqaviləsi var. Lakin baş məşqçi Mikel Arteta bu müddətin daha iki il uzadılmasını, müqaviləyə satınalma bəndinin salınmasını istəyir.