“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni uğura imza atıb. Mütəxəssis tarixdə 3 klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub. Ötən gecə onun komandası UEFA Superkuboku uğrunda görüşdə “Sevilya”ya qalib gəlib (1:1, penaltilər seriyası – 5:4).
Əvvəllər Qvardiola 2009-cu və 2011-ci ildə “Barselona” ilə, 2013-cü ildə isə “Bayern” ilə bu kuboku qazanmışdı. Pep “Siti” ilə ümumilikdə 15-ci kubolunu əldə etməklə klubun ən uğurlu məşqçisinə çevrlib. O, “Barselona”da 14 titul qazanmışdı.
Mançesterlilərin yarımmüdafiəçisi Mateo Kovaçiç də məşqçisindən geri qalmayıb. Xorvat yarımmüdafiəçi 3 aurı klubla Superkubok qazanan il futbolçudur. 2016 və 2017-ci llərdə “Real”la bunu bacaran Mateo 2021-də Bakıda “Çelsi”nin qələbəsində rol oynamışdı. London klubunu ötən ay tərk edən yarımmüdafiəçi indi də “Mançester Siti” başı üzərinə bu kuboku qaldırdı.