Marko Arnautoviçin “İnter”ə keçidi rəsmiləşdi. Milanlılar “Bolonya”nın hücumçusunu bir illik icarəyə götürdü.

Futbolinfo.az xəbər verir ki, “Milan”ın da maraqlandığı futbolçu gələn ilin yayınadək “neradzurra”da çıxış edəcək. “İnter” yeni mövsümöncəsi 8 milyon avro ödəyərək onu birdəfəlik transfer etmək hüququna malikdir.

Millimizin Avropa çempionatında rəqibi olan Avstriya yığmasının liderlərndən olan Arnautoviç 2009/10-cu illər mövsümündə də icarə əsasında “İnter”də çıxış edib. 34 yaşlı oyunçu son iki ili “Bolonya”da keçirib.

Shares: