“Fənərbaxça” klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin “El Mokavlun” klubundan Omar Fayedi transfer edib.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Fənərbaxça” 20 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Omar Fayed “El Mokavlun”un yetirməsidir. Misirli oyunçu əsas komandanın heyətində 29 rəsmi matçda meydana çıxıb.