Şüvüllə tullanma üzrə 1988-ci ilin olimpiya çempionu, yüngül atletika üzrə onqat dünya çempionu Sergey Bubka Ümumdünya Atletika Konqresinə qatılmamaq qərarına gəlib və 20 ildən artıqdır tutduğu Ümumdünya Atletika Assosiasiyasının vitse-prezidenti vəzifəsini tərk edib.
Şüvüllə tullanma üzrə dəfələrlə dünya rekordunu yeniləyən Bubka ötən il Ukrayna Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsindən də istefa vermişdi. O, 2005-ci ildən komitəyə rəhbərlik edirdi.
Xatırladaq ki, bir müddət əvvəl Bubkanın qondarma Donetsk Xalq Respublikası ərazisində biznesə sahib olması aşkara çıxmışdı. Hətta ukraynalı skeletonist Vladislav Geraskeviç idmançını bütün dövlət mükafatlarından və titullardan məhrum etməyi tələb etmişdi.