Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, oğlan və qızlar arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iş başında olacaq.
Kazımova 17-20 avqustda Latviyanın paytaxtı Riqada baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.