Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişənlərin qadın turnirlərində iştirakını qadağan edib. Lakin cinsini dəyişmiş şahmatçılar açıq turnirlərdə çıxış edə biləcəklər.

Futbolinfo.az xəbər verir ki, onların buvaxta qədər qazandıqları titullar qüvvədə qalacaq. Əgər qadın cinsini dəyişib kişi olursa, o zaman qadınların turnirlərində qazanılan titullar silinəcək. Həmin titullar yalnız yenidən öz təbii cinsinə döndükdən sonra qaytarılacaq.

“Belə qərarlar dərin şəkildə təhlil edilməli və FİDE tərəfindən mümkün qədər tez qəbul olunmalıdır”, – deyə FİDE-nin rəsmi saytında qeyd edilib.

Cinsini dəyişdirərkən şahmatçının reytinqi və aldığı bütün sanksiyalar qüvvədə qalır.

Əlavə edək ki, iki il müddətinə malik yeni qaydalar avqustun 21-dən qüvvəyə minəcək.

Shares: