İngiltətə Premyer Liqasının debütantı “Luton” heyətini gücləndirib. Komanda bu liqada böyük təcrübəsi olan Tim Krulla anlaşıb.
Futbolinfo.az xəbər verir ki, “Norviç”lə Çempionşipə enmiş niderlandlı qapıçı tezliklə yeni müqavilə bağlayacaq. Anlaşmanın dəyəri və müddəti barədə məlumat verilməsə də, 35 yaşlı qolkiperin əsas heyət oyunçusu kimi dəvət edildiyi dəqiqdir.
Son 5 ili “Norviç”də keçirən Krul “Karlayl”, “Nyukasl”, “Alkmaar”, “Ayaks” və “Brayton”un da formasını geyib.