“Şaxtyor” Gürcüstan millisinin üzvünü heyətinə qatır. Donetsk təmsilçisi İrakli Azarovi üçün rəsmi təklif göndərib.

Futbolinfo.az xəbər verir ki, hazırda “Srvena Zvezda”nın formasını geyən futbolçu da Ukrayna təmsilçisinə keçmək istəyir. Serbiya klubu razılıq versə, növbəti həftə keçid açıqlanacaq.

21 yaşlı cinah oyunçusu bir ildir Belqrad təmsilçisində oynayır. Tiflis “Dinamo”sundan 300 min avroya alınan İraklinin transfer dəyəri hazırda beş dəfə artıb.

Shares: