“Neftçi” bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Türkiyədə “Beşiktaş”ın qonağı olub.

Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyildi. Baxmayaraq ki, səfər matçında hesabı məhz Azərbaycan təmsilçisi açıb və ilk yarını üstün tamamlayıb. Amma fasilədən sonra iki qol vuran “Beşiktaş” əzmkar qələbə qazanıb və mərhələ adlayıb. “Neftçi” isə avrokuboklarda mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

17 avqust

Beşiktaş – Neftçi 2:1
Qollar: Vensan Abubakar, 57. Cekson Muleka, 71 – Emin Mahmudov, 36.
Baş hakim: Yulian Veynberger (Avstriya)
“Beşiktaş” stadionu, İstanbul
İlk oyun – 3:1

Beşiktaş: 34. Mert Günok, 24. Valentin Rozye, 20. Necip Uysal (k), 12. Daniel Amarti, 77. Umut Meraş, 71. Jan Onana, 21. Demir Tıknaz, 83. Jedson Fernandes, 90. Semih Kılıçsoy, 7. Ante Rebiç, 40. Cekson Muleka.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 4. Onur Bulut, 8. Salih Uçan, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 17. Kerem Kesgin, 19. Amir Hacıahmetoviç, 23. Kartal Yılmaz, 26. Artur Masuaku, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Neftçi: 1. İvan Brkiç, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 99. Ervin Koffi, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 11. Kilan Lebon, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov. 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Shares: