Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Sabah” klubu öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşıb.

Rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçisi olduğu komanda avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxın idi. “Sabah” daha əvvəl Latviyanın RFS komandasını mübarizədən kənarlaşdırmışdı. Lakin “Partizan” səddini keçmək mümkün olmayıb. Azərbaycan təmsilçisi penaltilərlə uduzaraq mübarizəni dayandırıb.

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

17 avqust

Partizan – Sabah 2:0 (penaltilər 5:4)
Qollar: Mateus Saldanya, 30. Bibras Natxo, 58.
Baş hakim: Bartoş Frankovski (Polşa)
“Partizan” stadionu, Belqrad
İlk oyun – 0:2

Partizan: 1. Aleksander Yovanoviç, 5. Nikola Antiç, 2. Arancel Stoykoviç, 3. Mihaylo İliç, 6. Svetozar Markoviç (k), 40. Kristian Beliç, 8. Frank Kanute, 7. Severina Xander, 10. Bibras Natxo, 9. Quensi Meniq, 11. Mateus Saldanya.
Ehtiyat oyunçular: 85. Nemanya Stevanoviç, 4. Sinişa Saniçanin, 12. Zlatan Şehoviç, 14. Samed Bajdar, 15. Aldo Kalulu, 17. Marko Jivkoviç, 19. Aleksandr Şçekiç, 20. Andriya Pavloviç, 23. Nemanya Nikoliç, 26. Aleksandar Filipoviç, 43. Nemanya Trifunoviç, 45. Mateya Styepanoviç.
Baş məşqçi: İqor Dulyay.
Sabah: 1. Yusif İmanov, 44. Sofian Çakla (k), 24. Mauran Haduidi, 2. Amin Seydiyev, 15. Kristian Da Silva, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 27. Jarl Marqarita, 9. Anatoli Nuriyev, 18. Davit Volkov.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 22. Seymur Məmmədov, 29. Ceyhun Nuriyev, 33. Camal Cəfərov, 77. Namik Ələskərov.
Baş məşqçi: Murad Musayev.

Shares: