“Qarabağ” tarixində ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynamaq hüququ qazanıb.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK üzərindəki qələbələrlə (2:1, 2:1) buna nail olub.

Belə ki, Avroliqada pley-offa yüksələn Ağdam təmsilçisi ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.

Bununla da, “Qarabağ” avrokubokların qrupunda ən çox oynayan Azərbaycan klubu kimi özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, “Qarabağ” 1 dəfə (2017/18) UEFA Çempionlar Liqasının, 7 dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/23) Avropa Liqasının, 1 dəfə Avropa Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.

Shares: