“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiyanın HJK komandasına qarşı keçirdikləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında deyib:

“Matça yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Çox böyük gərginlik var idi Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət əldə etdik. Futbolçuları təbrik edirəm. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər qarşılaşmalara hazırlaşmalıyıq”.

Shares: