“Qarabağ” “Olimpiya” ilə son 5 ildə 2-ci dəfə üz-üzə gələcək. 2008-ci ildə Lyublyana təmsilçisindən heç bir oyunda qol buraxmayan ağdamlılar yenə eyni uğuru təkrarlamalıdır.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının pley-offunda “Qarabağ”a rəqib olan “Olimpiya” 3-cü dəfə ölkəmizə gələcək. 2008-ci ildə Çempionlar Liqası çərçivəsində evdə 0:1 hesabıyla yenilən Sloveniya klubu Bakıda 0:0-a nail olmuşdu. Bu komandanın ölkəmizə ilk səfəri isə 2001-də reallaşmışdı. O zaman ölkə kubokunun sahibi olan “Şəfa” UEFA Kubokunun ilk təsnifat mərhələsində bu komandayla bacarmamışdı. Paytaxt təmsilçisi Lyublyanada 4, Bakıda 3 cavabsız qol buraxmışdı.
Ümumiyyətlə, indiyədək sloveniyalılarla avrokubok çərçivəsində 5 klubumuz qarşılaşıb. Elə rəqibin də 5 müxtəlif təmsilçisi ölkəmizə gəlib. Bugünəqədərki 7 dueldən ilk dördünü avropalılar qalib bitiribsə, 2014-dən sonra bizimkilər 3 dəfə üstün olub.
10.08.2000 Bakı, UEFA Kub., Neftçi – HİT Qoritsa 1:0
24.08.2000 Nova-Qoritsa, UEFA Kub., HİT Qoritsa – Neftçi 3:1
09.08.2001 Bakı, UEFA Kub., Neftçi – HİT Qoritsa 0:0
23.08.2001 Nova-Qoritsa, UEFA Kub., HİT Qoritsa – Neftçi 1:0
09.08.2001 Lyublyana, UEFA Kub., Olimpiya Lyublyana – Şəfa 4:0
23.08.2001 Bakı, UEFA Kub., Şəfa – Olimpiya Lyublyana 0:3
05.07.2012 Bakı, UEFA AL, Bakı – Mura 0:0
12.07.2013 Lendava, UEFA AL, Mura – Bakı 2:0
17.07.2014 Bakı, UEFA AL, Neftçi – Koper 1:2
24.07.2014 Koper, UEFA AL, Koper – Neftçi 0:2
18.08.2016 Bakı, UEFA AL, Qəbələ – Maribor 3:1
25.08.2016 Maribor, UEFA AL, Maribor – Qəbələ 1:0
10.07.2018 Lyublyana, UEFA ÇL, Olimpiya Lyublyana – Qarabağ 0:1
18.07.2018 Bakı, UEFA ÇL Qarabağ – Olimpiya Lyublyana 0:0
2018-ci ildə “Olimpiya”ya qarşı oynamış futbolçulardan Maksim Medvedev, Abdullah Zubir, Bədavi Hüseynov, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov və Abbas Hüseynov hələ də heyətdədir.