Antuan Qrizmann ulduz futbolçuların Səudiyyə Ərəbistanına üz tutmasına haqq qazandırıb. Madrid “Atletiko”sunun hücumçusunu səbəbləri var.
Futbolinfo.az xəbər verir ki, Fransa millisinin üzvü bunu yaşla əlaqələndirir: “Hər kəsin səviyyəsinə görə və idman layihələri istisna olmaqla, 12-13 illik karyerası olur. Hər şey yolunda getsə, futbol hamı üçün 35 yaşında bitir. Bu səbəbdən karyeranın sonunda belə cəlbedici təkliflərdən imtina etmək olmur. Pul qazanmaq lazım gələndə qərar verməli olursan”.
Qrizmann özü hələ Asiyya getmək niyyətində deyil: “İndi olduğum yerdən məmnunam və futbolun dadını çıxarıram. Amma Səudiyyə Ərəbistanından gələn təkliflər çox önəmlidir. Zamanı çatanda bəlkə mən də ailəmlə məsləhətləşib eyni qərarı verəcəm”.