Bu gün Misli Premyer Liqasında 3-cü tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, günün yeganə oyununda “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.

Gəncə şəhər stadionunda baş tutacaq Qərb derbisi saat 17:00-da başlayacaq.

Bu turun “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” oyunları avqustun 19-da, “Qarabağ” – “Araz-Naxçıvan”, “Sabah” – “Neftçi” görüşləri isə avqustun 20-də baş tutacaq.

Misli Premyer Liqası
3-cü tur

18 avqust

17:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev.
Gəncə şəhər stadionu.

Shares: