“Latsio” heyətinə daha bir yarımmüdafiəçi cəlb edib. Sergey Milinkoviç-Saviçi Səudiyyə Ərəbistanına satan romalılar onu Luka Pelleqrini ilə əvəz edib.
Futbolinfo.az xəbər verir ki, “Yuventus” oyunçusunu iki illik icarəyə verib. “Latsio” 2025-ci lin yayında 4 milyon avro ödəyərək Lukanın transfer hüquqlarına birdəfəlik sahib çıxa bilər.
24 yaşlı Pelleqrininin turinlilərlə müqaviləsi 2026-cı ilin yayında bitir. “Yuventus”un bir neçə dəfə müxtəlif klublara icarəyə verdiyi oyunçu sonuncu dəfə elə məhz “Latsio”da çıxış edirdi.