Benjamin Pavar transfer pəncərəsi bağlanana kimi “Bayern”dən ayrılmağa çalışır. “Barselona”ya keçidi alınmayan, PSJ-nin isə imtina etdiyi müdafiəçinin yeni variantı var.
Futbolinfo.az xəbər verir ki, “İnter” fransız oyunçu üçün münhenlilərə 25 milyon avro ödəməyə hazırdır. Milanlılar qarşı tərəfə rəsmi təklif göndərib, Almaniya təmsilçisi imtina edib. Lakin oyunçunun vidalaşmaqda israrı üzündən qarşıdakı günlərdə tərəflərin anlaşması mümkündür.
2019-cu ildə 35 milyon avro qarşılığında “Ştutqart”dan gələn 27 yaşlı oyunçunun “Bayern”lə müqaviləsi gələn yay başa çatacaq.