Teo Uolkott peşəkar karyerasını başa vurub. İngiltərə millisinin üzvü qərarını 34 yaşında açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, “Arsenal”dakı çıxışı ilə məşhurlaşan cinah hücumçusu londonlulardan aydıldıqdan sonra karyerasında enişə keçmişdi. Zədələrdən qurtula bilməyən Teo yekunda futboldan getməyi lazım bilib.
Yetişdiyi “Sauthempton”dan 2006-cı ilin yanvarında 10,5 milyon avroya “Arsenal”a keçən Uolkott burada 12 mövsüm oynadı. 2018-də 22,5 milyon avro xərcləyərək futbolçunu alan “Everton” ondan istədiyini ala bilmədi. Futbolçu “Sauthempton”a icarəyə verildi, daha sonra azad agent kimi yetişdiyi klubda oynadı.
Klub karyerası ərzində 567 matça çıxan Teo, 132 qolla yadda qaldı.