“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Sloveniya) ilə keçirəcəyi oyunların vaxtı və hakimləri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyunu avqustun 24-də səfərdə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab matçı isə saat 20:00-da start götürəcək.

İlk oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri qismində Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radoslav Qijenov yerinə yetirəcək.

Cavab görüşündə isə İspaniyadan olan hakimlər söz sahibi olacaqlar. Baş hakim Alexandro Hernandes olacaq. Ona Xose Naranxo və Dieqo Sançes Roxo kömək edəcəklər. Dördüncü hakim Alexandro Munyis Ruis olacaq.

Shares: