Əvvəllər “Formula 1” üzrə yeddiqat dünya çempionu Lüis Hamiltona məxsus olmuş “Pagani Zonda 760 LH” hiperkarı Uelsdə tunellərdən birində qəzaya uğrayıb. 10 milyon avroluq avtomobilin yeni sahibi idarəetməni itirərək Penmaenbax tunelində divara çırpılıb. Avtomobilin kuzovu və asılqanı ciddi zədə alıb.
2015-ci ildə Həmilton da bu avtomobillə Monakoda qəza keçirmişdi. Qəzadan sonra pilot verdiyi açıqlamada səbəb kimi iştirak etdiyi şənliyin yorğunluğunu və son günlərdə normal istirahət edə bilməməsini göstərmişdi. Xatırladaq ki, həmin qəza vaxtı avtomobilə ciddi ziyan dəyməmişdi.
İtalyan şirkəti olan “Pagani” cəmi beş “Zonda 760” istehsal edib, onlardan biri Hamiltonun sifarişi ilə buraxılıb.