Voysex Şesnıy Səudiyyə Ərəbistanına getmək istəmir. Polşalı qapıçı bu variantı özü üçün istisna edir.

Futbolinfo.az xəbər verir ki, “Yuventus”un üzvü puldan daha önəmli şeylərin olduğunu düşünür: “Qazandığım pul mənə bəs edir. Karyeram boyunca xeyli pul qazanmışam. Ərəb ölkələrindən gələn dəvətlər maraqlıdır, amma mən “Yuventus”un qapısını qorumağı daha məqsədəuyğun hesab edirəm”.

Şesnıy Asiyaya üz tutanları da qınamır: “Kiminsə belə qərar verməsini də məntiqli sayıram. Hamının seçim hüququ var. Lakin məncə, pul arxasınca qaçmaqdansa, başqa dəyərlərə yönəlməliyik”.

Xatırladaq ki, 6 ildir Turində olan polşalının klubla daha iki illik müqaviləsi var. 33 yaşlı oyunçu bir çox təklifdən imtina edərək “Yuventus”da qalmağı üstün tutub.

Shares: