Teylor Adams yenə İngiltərə Premyer Liqasında oynayacaq. Aşağı liqaya düşən “Lids”in oyunçusu komandadan ayrılmaq qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, “Bornmut”la anlaşan yarımüdafiəçi bu gün tibbi müayinədən keçəcək. Problem ortaya çıxmasa, anlaşma rəsmilşəcək.
ABŞ yığmasının 24 yaşlı üzvü ötən yay “Leypsiq”dən “Lids”ə keçmişdi. Futbolçu klubla 2027-ci ilin yayınadək müqavilə bağlamışdı. İndi isə “Bornmut” onu 18 milyon avroya transfer edir. “Lids” Teylor üçün almanlara 17 milyon avro ödəmişdi.