Karlos Teves keçmişi ilə bağlı danışıb. “Vest Hem”, “Mançester Siti”, “Mançester Yunayted”, “Yuventus” kimi Avropa klublarında oynamış argentinalı Çinə səfərindən bəhs edib.

Futbolinfo.az xəbər verir ki, 2017-ci ili bütövlüklə Çində keçirən hücumçu bunu səbəbini açıqlayıb: “Çinə oynamaq üçün gedəndə çox tənqid edildim. Amma mənim keçmişimi bilmirlər. Bu transfer sayəsində çox pul qazandım. Menecerimə həmin pula ehtiyacım olmadığını dedim. Çində qazandığımla 15 ev aldım və ailəmi Fuerte Apaçe dən çıxartdım. Qohumlarıma, yaxınlarıma, əzizlərimə dəstək olmaq istəyirdim. Nəticədə 15 ailədə birləşən 60-dan çox insanın güzəranını yaxşılaşdırdım. Nəslimin daha yaxşı yaşaması, daha yaxşı təhsil alması, mənim kimi əziyyət çəkməməsi üçün bunu etdim”.

Xatırladaq ki, Teves 2021-ci ildə “Boka Xuniors”da karyerasını bitirib.

Shares: