Futbolçulara heykəl qoymaq son vaxtlar dəb halını alıb. Əvvəllər vəfat etmiş insalara heykəl qoyulurdusa, son zamanlar məşhurlar həyatda olarkən əbədiləşdirilir. Bunun da müyyən üstünlükləri var. Belə tədbirlərə həmin insanlar dəvət edilir.
Bir çoxları özlərinin heykəlini bəyənmir. Misal üçün Kriştianu Ronaldonu qeyd edə bilərik. Məşhur portuqaliyalı nə Madeyra aeroportundakı büstünü, nə də Funşaldakı heykəlini bəyənmişdi. Lakin sonradan heykələ müəyyən qədər əl gəzdirildikdən sonra futbolçu abidəni yaradanlara öz minnətdarlığını çatdırmışdı.
Bəzi futbolçulara bir neçə ölkədə abidələr qoyulub. Bunun da aydın səbəbi var. Belə ki, futbolçular adətən karyeralarını doğulduqları ölkədən kənarda keçirirlər. Məhz buna görə bəzi futbolçular öz ölkələrindən də çox oynadıqları yerdə məşhurlaşıblar.
Bu yazıda sizə məşhur futbolçlara qoyulan heykəlləri təqdim edirik. Onların arasında həyatda olanlar və heykəllərini görmədən dünyadan köçənlər var. Əlavə edək ki, belə abidələrin sayı dünyada yüzlərlədir. Biz bu yazıda onların bir qismi ilə sizi tanış edirik.
Yazıda təqdim edilən abidələr futbolçu və ya məqşçilərə qoyulub. Yeganə istisna Tofiq Bəhramovdur. Azərbaycan futbol tarixinin hələlik heykələ layiq ismi hakimdir.
David Vilya – İspaniya milli komandasının ən yaxşı bombardiri
Lanqreo, Asturiya, İspaniya. 2022-ci ildə açılıb.
Yohan Kroyf – Niderland
San Xuan – Despi. Barselona FK Sport-siti.
Yoxanın oğlu Xordi Kroyf atasının heykəlinin açılışında çıxış edir.
Devid Bekhem
“Mançester Yunayted”, “Real” Madrid, “Los-Anceles Qalaksi” və “Paris Sen-Jermen” kimi klublarda çıxış edib.
ABŞ. Kaliforniya ştatının Karson şəhəri.
Luis Araqones
İspaniya millisini 2008-ci ildə Avropa çempionu edən baş məqşçi
Madrid. “Atletiko”nun stadionunun bayırı.
Zlatan İbrahimoviç
Malmö. İsveç. 2019-cu il.
Corc Best, Dennis Lou və Bobbi Çarlton
Mançester. İngiltərə. “Old Trafford”.
Laslo Kubala
İspaniya milli komandasında oynayan əfsanəvi macar futbolçu
İspaniya. Barselona. “Nou Kamp”ın ətrafı.
Maykl Esyen
Qana.
Kriştianu Ronaldo
Portuqaliya. Madeyra aeroportu.
Kriştianu Ronaldo
Portuqaliya. Madeyra. Funşal.
Yohan Kroyf
Niderland. Amsterdam. “Ayaks” klubunun stadionu.
Andres İnyesta
İspaniya. Fuentealbilya.
Pele
Braziliya. “Santos” klubunun stadionu önündə abidə.
Eysebio
Portuqaliya. Lissabon. “Benfika” stadionunun ətrafı.
Visente Del Boske
İspaniya. Salamanka. Plaza del Lusio. 2018-ci il.
Bobbi Mur
İngiltərə. London. “Uembli” stadionunun girişi.
Lionel Messi
Argentina. Buenos-Ayres.
Denis Berkamp – Niderland
İngiltərə. London. “Emireyts” stadionunun ətrafı.
Tyerri Anri – Fransa
İngiltərə. London. “Emireyts” stadionunun ətrafı.
Toni Adams – İngiltərə
İngiltərə. London. “Emireyts” stadionunun ətrafı.
Ziko – Braziliya
Braziliya. “Marakana” stadionunun interyeri.
Ferents Puşkaş – Macarıstan
Macarıstan. Budapeşt.
Ferentsin həyat yoldaşı Ercebet Puşkaş abidənin yanında.
Dieqo Maradona
Argentina. Buenos-Ayres. “La Bombonera” muzeyi.
Valeriy Labanovski
Ukrayna. Kiyev. “Dinamo” stadionunun yanı.
Andrey Şevçenko “Qızıl top”la müəlliminin heykəlinin yanında.
Rayko Mitiç – Serbiya
Serbiya. Belqrad. “Srvena Zvezda” komandasının stadionunun yanı.
Lev Yaşin
Rusiya. Moskva. Leninqrad prospekti.
Qarrinça
Braziliya. Rio de Janeyro.