Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına üz tutub.

Futbolinfo.az xəbər verir ki, “Sevilya”nın qapıçısı Yassin Bunu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Mərakeşli qolkiper “Əl-Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər 32 yaşlı qapıçı üçün İspaniya klubuna 21 milyon avro təzminat ödəyib. O, yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Bunu 2019-cu ilin sentyabr ayından “Sevilya”da çıxış edirdi.

Shares: