“Red Bull Racing”in rəhbəri Kristian Horner komandanın hazırkı avtomobili dəyişdirmək niyyətində olmadığını təsdiqləyib. Avstriya komandası 2021-ci ildə büdcə limitini aşdığına görə cərimənin nəticələrini aradan qaldırmaq üçün növbəti mövsümə hazırlıqlara başlayıb.

Kristian Horner: “Əldə etdiyimiz üstünlüyü nəzərə alaraq, diqqətimizi gələn ilə çevirməliyik. Ən yaxın rəqiblərimizlə müqayisədə aerodinamik boruda işləmək üçün daha az vaxtımız var. Ona görə də bu resursdan çox diqqətlə istifadə etməliyik”.

Xatırladaq ki, “Red Bull” çempionatda böyük üstünlüklə liderlik edir. Bu il onların çempionluğu heç kimdə şübhə doğurmur.

Shares: