“Beşiktaş”ın futbolçusu Vensan Abubakar Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qalib gəldikləri cavab oyunu (2:1) haqqında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, Abubakar görüşdə komandasının ilk qolunu vurub. “Beşiktaş” 2 oyunun cəmində 5:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Abubakar bu haqda danışarkən deyib: “Komanda yoldaşlarıma təşəkkür edirəm. Geridönüş etdik və komanda ruhu sərgilədik. Fasilədən sonra xarakter göstərdik. Növbəti oyunlar üçün yaxşı nümunə oldu. Döyüşən, sona qədər mübarizə aparan komanda olduğumuzu göstərdik”.