“Barselona” “Atletiko” ilə razılığa gəlib. Madridlilər yarımmüdafiəçi Joao Feliksi katalonların düşərgəsinə buraxmağa hazırdır.
Futbolinfo.az İspaniya mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Dieqo Simeonenin planlarına daxl olmayan oyunçu yeni mövsümü icarə əsasında “Barselona”da keçirəcək. İspanya nəhəngi onun üçün 7-8 milyon avro icarə haqqı ödəməyə razılaşıb.
Feliks ötən mövsümün ikinci yarısını da icarədə keçirmişdi. “Çelsi” qışda heyətinə qatdığı portuqaliyalıdan mövsüm bitən kmi imtina etmişdi.