Ötən mövsüm ev oyunlarında əla azarkeş dəstəyi altında oynayan “Turan Tovuz” bu baxımdan əziyyət çəkmir. Komanda bu baxımından əksər rəqiblərini üstələyirdi.

Futbolinfo.az xəbər verir ki, tovuzlular bu mövsüm də fəallığı ilə seçilir. Komanda 3 tur ərzində hələlik evdə oynamasa da, fanatları onları dəstəksiz qoymur. Bakıdakı iki matçın ardından Gəncədəki görüşə onlar daha mütəşəkkil gəlib.

Hazırda “Kəpəz”lə davam edən Qərb derbisində 200-dən çox qonaq azarkeş var. Onlar dayanmadan “Turan Tovuz”u dəstəkləyir. Bu mövsüm iddiası artan Ayxan Abbasovun yetirmələrinin ilk ev matçında anşlaq olacağını təxmin etmək mümkündür.

Xatırladaq ki, “Turan Tovuz” bu mövsüm ilk ev oyununu avqustin 25-də “Səbail”ə qarşı keçirəcək.

Shares: