Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad olunub. O, 2018-ci ildən milliyə rəhbərlik edib.

Spallettinin 64 yaşı var. 2021-2023-cü illərdə İtaliya təmsilçisi “Napoli”ni çalışdırıb. Komanda son mövsümdə onun rəhbərliyi altında ölkə çempionu olub.

Shares: