“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan “Olimpiya” yeni futbolçu transfer edib. Lyublyana təmsilçisi Portuqaliya “Kaza Piya”sından Dioqu Pintunu heyətə cəlb edib.

24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Portuqaliyalı oyunçu 2019/2020 mövsümündə “Benfika”nın əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, “Qarabağ” “Olimpiya”ya qarşı ilk oyununu avqustun 24-də Sloveniyada, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Shares: