“Oyunçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. İkinci və üçüncü setdə tam üstünlüklə qələbə qazanmağımızın səbəbi də budur. Konsentrasiyanı itirmədilər”.

Futbolinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Çexiya yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

42 yaşlı mütəxəssis ilk matçların vacib olduğunu söyləyib: “Voleybolçularımızı təbrik edirəm. Almaniyadakı türkiyəli azarkeşlərə də minnətdaram. Türkiyədən və Azərbaycandan gələn fanatlarımız var. Onların sayəsində burada özümüzü evdəki kimi hiss edirik”.

Xatırladaq ki, Azərbaycan millisi bu gün Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Shares: