“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 1-ci turunda – “Verder”lə matçda (4:0) qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolinfo.az xəbər verir ki, debüt matçında nəyə qadir olduğunu ortaya qoyan Keyn maraqlı ilkə imza atıb.

O, indiyə qədər heç bir ingilisin Almaniya çempionatındakı debüt oyununda bacarmadığını reallaşdırıb.

Xatırladaq ki, 30 yaşlı Keyn bu ay “Tottenhem”i “Bayern”ə dəyişib. İngiltərə millisinin forvardı ilk dəfə vətənindən kənarda çıxış edir.

Shares: