Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 2-ci turun oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda doğma meydanda “Lampun Uorrior”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana daxil olan Şeydayev 6-cı dəqiqədə hesabı açıb. Bu, onun Tailand çempionatında, ümumiyyətlə, yeni klubunda ilk rəsmi qolu olub. Şeydayev 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Buriram Yunayted” 4 xalla 3-cü pillədə qərarlaşıb.

Shares: