Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” ilə ilk matç üçün Sloveniyaya yollanan “Qarabağ” artıq Lyublyana şəhərinə çatıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təmsilçimiz son məşqini bu axşam matçın keçiriləcəyi “Stojitse” stadionunda edəcək.
Xatırladaq ki, sabahkı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.