Ulduz transferləri ilə diqqət çəkən “Əl-İttihad” həm də qalmaqallarıyla gündəmə gələ bilər. Çünki Səudiyyə Ərəbistanı klubunda bu baxımdan ilk olay yaşanıb.

Futbolinfo.az ərəb mətbuatına istinadla xəbər verir ki, “Əl-İttihad”ın baş məşqçisi Nunu Santuş komandanın əsas ulduzu Kərim Benzema ilə yola getmir. Hətta portuqaliyalı mütəxəssisin klub rəhbərliyinə fransalı hücumçunu yola salmaq üçün müraciət etdiyi deyilir. O, fikrini Benzemanın oyun tərzinə uyğun olmaması ilə əsaslandırıb.

Maraqlıdır ki, Santuş hətta Benzemanın kapitanlıq tələbini qəbul etməyib. Kərim isə rəhbərliyə bu vəziyyətdən narahat olduğunu, hətta getmək istədiyini bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp