“Əl-İttihad” daha iki ulduzu transfer etmək istəyir. Onlardan biri PSJ-də, digəri “Liverpul”da çıxış edir.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun ilk hədəfi Markinyosdur. PSJ-nin kapitanı dəfələrlə Fransadan ayrılmaq istəmədiyini desə də, ərəblər israrından əl çəkmir. Braziliyalının Kilian Mbappenin müdafiə etməsindən sonra klub rəhbərliyinin gözündən düşməsi onlar üçün son şans ola bilər.
“Əl-İttihad”ın digər transfer istəyi Məhəmməd Salahla bağlıdır. “Sky Sports”un yazdığına görə, Asiya təmsilçisi “Liverpul”a misirli ulduz üçün 90 milyon avroluq təklif göndərmək niyyətindədir.