“Real”ın baş məşqçisi Karlo Ançelotti vaxtilə böyük uğurlar qazandığı “Milan” barədə danışıb. O, İtaliya klubunun yenidən nəhəngə çevrilməyə başladığını deyib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “rossonyerlər”in yay transferlərini bəyəndiyini bildirib: “Milan” bu yay çox yaxşı oyunçular aldı. Yeni transferlər komandanın keyfiyyətini artıracaq. Bu addımlar atılmasaydı, Avropada ən yüksək səviyyədə mübarizə aparmaq çətin olardı. Müasir futbolda maliyyə çox önəmlidir. Maliyyə baxımıbdan daha üstün klublarla rəqabət aparmaq çətindir. Bazardakı ən üst səviyyəli oyunçuları almırsansa, uzunmüddətli planlar qura bilməzsən”.

Ançelotti “Radyo Serie A”ya müsahibəsində Paolo Maldinidən də danışıb: “Hər “Milan” oyunçusu Paolo Maldinini sevər. Klubdan ayrılması xoş olmadı, amma “Milan” yoluna davam edəcək. Paolo da gələcəyi barədə özü qərar verəcək. O, sahib olduğu təcrübə ilə çox şey bacaracaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp