Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç kubokunda seçmə mərhələ oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri “Sandvikens”lə qarşılaşıb. Matç “Yurqorden”in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Yurqorden” növbəti mərhələyə adlayıb.

Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp