Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.

Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.

Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib.

Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə – Almaniya oyunları ilə yekun vurulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp